TƏNGƏALTI Resort Hotel
Təngəaltı Resort Hotel 1 Təngəaltı Resort Hotel 2

Təbiətin qoynunda komfort və rahatlıq

Təngəaltı kəndində, Vəlvələçayın sahilində, təmiz dağ havası və yüksək səviyyəli xidmətlə unudulmaz istirahət yaşayın.

Qonaqlama

Otaq növlərimiz

Hər zövqə və ehtiyaca uyğun xüsusi dizayn edilmiş otel nömrələrimiz.

Ekonom otaq

Ekonom otaq

Təngəaltı Resort Hotel-də sərfəli və rahat istirahət axtaranlar üçün nəzərdə tutulmuş ekonom otaqlarımızı təqdim edirik. Möhtəşəm dağ və yol mənzərəsinə açılan bu otaqlarımız büdcənizə qənaət edərkən rahatlığınızdan ödün verməməyiniz üçün hər bir detal düşünülərək təchiz olunub.

Standart otaq

Standart otaq

Təngəaltı Resort Hotel-də komfortlu və rahat istirahət axtaranlar üçün nəzərdə tutulmuş standart otaqlarımızı təqdim edirik. Möhtəşəm dağ və yol mənzərəsinə açılan bu otaqlarımız ekonom otaqlardan 10 kvadratmetr daha geniş sahəyə malik olmaqla rahatlığınız üçün hər bir detal düşünülərək təchiz olunub.

Deluxe otaq

Deluxe otaq

Təngəaltı Resort Hotel-də daha geniş və üstün rahatlıq axtaranlar üçün nəzərdə tutulmuş deluxe otaqlarımızı təqdim edirik. Möhtəşəm dağ və çay mənzərəli eyvana malik bu otaqlarımız 2+1 nəfərlik yerləşmə üçün tam uyğundur və daxilində 1 ədəd iki nəfərlik böyük çarpayı ilə 1 ədəd tək nəfərlik çarpayı yerləşir.

Junior Suite

Junior Suite

Təngəaltı Resort Hotel-də lüks və maksimum rahatlıq axtaranlar üçün nəzərdə tutulmuş junior suite otaqlarımızı təqdim edirik. Möhtəşəm dağ və çay mənzərəli eyvana malik bu otaqlarımız deluxe otaqlardan kvadratmetr cəhətdən daha genişdir, 2+1 nəfərlik yerləşmə üçün tam uyğundur və daxilində 1 ədəd iki nəfərlik böyük çarpayı ilə 1 ədəd tək nəfərlik çarpayı yerləşir.

Jacuzzi Room

Jacuzzi Room

Təngəaltı Resort Hotel-də xüsusi zövq və romantik istirahət axtaranlar üçün nəzərdə tutulmuş Jacuzzi Room otaqlarımızı təqdim edirik. Möhtəşəm çay mənzərəli eyvana malik bu otaqlarımız 2 nəfərlik yerləşmə üçün tam uyğundur və daxilində çay mənzərəsinə açılan özəl jakuzi yerləşir.

Video İcmal

Otelin ümumi tanıtım videosu

Təngəaltı Resort Hotel-in möhtəşəm təbiətini və təqdim etdiyimiz xidmətləri əks etdirən xüsusi görüntülər.

Aktivliklər & Ətraf Məkanlar

Otelin ərazisini və ətrafını kəşf edin

Otelimizə gələrək nələr edə bilərsiniz? Təbiətin qoynunda unudulmaz təəssüratlar və gəzintilər sizi gözləyir.

Təbiət Möcüzəsi

Afurca Şəlaləsi

Təngəaltı bölgəsinin qəlbində, sıx meşəliklərin və əzəmətli sıldırım qayaların qoynunda gizlənən Afurca şəlaləsi təbiətsevərlər üçün həqiqi bir cənnət guşəsidir. Təxminən 75 metr hündürlükdən coşqunluqla tökülən büllur kimi dağ suları ətrafa sərinlik və ecazkar bir mənzərə bəxş edir. Burada zümrüd yaşılı meşələr boyunca hiking edərək təbiətin sakitliyini kəşf edə və ya off-road maşınlarla şəlaləyə qalxaraq unudulmaz adrenalin yaşaya bilərsiniz. Hər mövsümdə fərqli gözəlliyə bürünən bu məkan, gur su səsi, təmiz dağ havası və füsunkar mənzərəsi ilə unudulmaz fotolar çəkmək və ruhi dincəlmək üçün bölgənin ən cazibədar turistik məkanlarından biridir.

Hiking Off-Road Fotosessiya
Tarix & Sirli Təbiət

Qaçaq Mayıl Mağarası

Təngəaltı bölgəsinin zəngin tarixi və sirli təbiəti ilə seçilən ən maraqlı məkanlarından biri de Qanqlı dağların qoynunda yerləşən Qaçaq Mayıl mağarasıdır. Sıldırım qayaların arasında, sıx meşəliklərin ortasında gizlənən bu tarixi mağara vaxtilə xalq qəhrəmanı Qaçaq Mayılın sığınacağı və mühüm strateji nöqtəsi olmuşdur. Bu gün isə mağara həm tarixi keçmişi kəşf etmək, həm də sıx meşələr boyunca hiking edərək füsunkar dağ mənzərəsini seyr etmək istəyən macərasevərlər üçün bölgənin ən cəlbedici turistik marşrutlarından birinə çevrilib. Təbiətin sakitliyini və tarixin izlərini bir arada yaşamaq üçün bu sirli məkanı kəşf etməyə dəyər.

Tarixi İrs Hiking Macəra
Bizi tapın

Otelimizin yerləşdiyi məkan

Qubanın ən mənzərəli guşələrindən biri olan Təngəaltı kəndində, Vəlvələçayın sahilində yerləşirik.

Ünvan məlumatları

Ünvan

Təngəaltı kəndi, Vəlvələçay sahili, Quba rayonu, Azərbaycan

Qəbul şöbəsi

24/7 fəaliyyətdədir

Google Maps-də aç